“Yuğ” Teatrının yaradıcı kollektivi yeni tamaşanın məşqlərinə başlayıb

19 Sentyabr 2017 14:57 (UTC+04:00)

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi yeni “Paradoks” tamaşasının məşqlərinə başlayıb. SİA-nın məlumatına görə, səhnə əsəri yazıçı Qan Turalının “Prokurorun üç günü” əsəri əsasında səhnələşdirilib.

Rejissor Amid Qasımovun quruluş verdiyi tamaşada aktyorlar Vüqar Hacıyev və Ləman Novruzova çıxış edəcəklər.

Səhnə əsərinin premyerası oktyabr ayının üçüncü ongünlüyü üçün nəzərdə tutulur.

Qeyd edək ki, tamaşa A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində təqdim olunacaq.