Musiqi Festivalı çərçivəsində elmi konfrans

19 Sentyabr 2017 12:27 (UTC+04:00)

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında “Müasir dövrdə Ü.Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyası” mövzusunda elmi konfrans işə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə dahi bəstəkarın zəngin həyat və yaradıcılığından söhbət açıb, milli musiqimizin inkişafında xidmətlərindən danışıb. O bildirib ki, Üzeyir Hacıbəylinin yaradıcılığının araşdırılması coğrafiyası gündən-günə genişlənir, yeni tədqiqat işləri aparılır.

Tədbir dahi bəstəkarın zəngin irsinə dair müxtəlif mövzularda elmi məruzələrin dinlənilməsi ilə davam edir.