Mətanət İsgəndərlinin qızının xına mərasimindən FOTOLAR-VİDEO

19 Sentyabr 2017 10:19 (UTC+04:00)

Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkərin xına mərasimi olub. SİA-nın məlumatına görə, gecəni rəqqasə Fatimə Fətəliyeva idarə edib. Şou-biznes nümayəndələrinin qatıldığı mərasim mediaya qapalı keçirilib.

Ülkər Engin adlı Türkiyə vətəndaşına ərə gedir. Məclisdə bəy də iştirak edib.

Qeyd edək ki, cütlüyün Bakıda toyu sentyabrın 20-də olacaq. Oktyabrda isə Antalyada oğlan toyu baş tutacaq.