Ərdoğanla Stoltenberq arasında görüş olub

19 Sentyabr 2017 07:59 (UTC+04:00)

Nyu-Yorkda BMT-nin 72-ci Baş Assambleyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş olub.

Anadolu agentliyinin məlumatına görə, mətbuata qapalı keçirilən görüş təxminən 40 dəqiqə davam edib.

Görüşdə Türkiyə prezidentinin mətbuat katibi də iştirak edib.