"Barselona"nın baş məşqçisi Arda Turan haqqında danışdı

19 Sentyabr 2017 04:03 (UTC+04:00)

"Barselona"nın baş məşqçisi Ernesto Valverde futbolçusu Arda Turan haqda açıqlama verib. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, türk yarımmüdafiəçini növbəti matçlarda oynadıb-oynatmayacağı ilə bağlı sualı belə cavablandırıb: "Bütün futbolçular komandanın bir hissəsidir. Arda da "Barselona"nın oyunçusudur. Mövsüm uzundur. Hər kəsə bərabər davranmağa çalışıram. Əgər onun komandaya faydalı olacağına inansam, əlbəttə, oyunlarda şans verəcəm".