Saatlıda ölümlə nəticələnən yol qəzası olub

19 Sentyabr 2017 03:20 (UTC+04:00)

Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə dünən axşam rayonun Fətəlikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Cabbarov Şakir Əlipaşa oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü ölüb. Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.