Azərbaycan qrossmeysteri “Oskar” blits-turnirinin qalibi olub

18 Sentyabr 2017 23:19 (UTC+04:00)

Azərbaycan qrossmeysteri Namiq Quliyev Parisdə keçirilən “Oskar” blits-turnirinin qalibi olub. Turnirdə 13 ölkədən 233 şahmatçı, o cümlədən 19 qrossmeyster iştirak edib. Namiq Quliyev mümkün 9 xaldan 8-ni toplayıb. Fransalı şahmatçı Jül Mussarın da aktivində eyni miqdarda xal var. Yerli şahmatçılar Maksim Laqard, Fabian Libişevski və ukraynalı Aleksandr Zubov onlardan yarım xal, on şahmatçı isə bir xal geri qalıblar.