Rusiya və Çin Şimali Koreya yaxınlığında hərbi təlimlərə başlayıb

19 Sentyabr 2017 06:03 (UTC+04:00)

Rusiya və Çin Şimali Koreya yaxınlığında "Ortaq dəniz 2017" hərbi təliminə başlayıb. Axar.az xəbər verir ki, Rusiya Sakit Okean Donanmasının sözçüsü Vladimir Matveyev bir həftə davam edəcək təlimlərdə 11 gəmi, 2 sualtı gəmi, 4 sualtı xilasedici gəmi, 4 dəniz təyyarəsi və 4 helikopterin iştirak edəcəyini bəyan edib.

Təlim iki hissədən ibarət olacaq. Belə ki, hərbi təlimlər dəniz və quruda keçiriləcək. Quru hissəsi Vladivostokda, dəniz hissəsi də Yapon və Oxot dənizində həyata keçiriləcək.