Uğur Pamuk Türkiyədə avtomobil qəzasına düşüb

18 Sentyabr 2017 20:03 (UTC+04:00)

Milli komandamızın sabiq üzvü Uğur Pamuk Türkiyədə avtomobil qəzasına düşüb. Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, hadisə dünən gecə baş verib. Nəticədə 28 yaşlı yarımmüdafiəçinin çiyni sınıb. Qeyd edək ki, hazırda “Manisaspor”da çıxış edən futbolçu Azərbaycanda “Xəzər Lənkəran” və “Sumqayıt” klublarında da oynayıb.