"Neftçi" Emin Mahmudovla müqavilə bağladı

18 Sentyabr 2017 17:12 (UTC+04:00)

"Neftçi” PFK daha bir transferə imza atıb. SİA-nın məlumatına görə, yarımmüdafiəçi Emin Mahmudovla mövsümün sonunadək müqavilə bağlanılıb. 25 yaşlı futbolçu 8 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Rusiyanın "Saturn” klubunun yetirməsi olan Emin Mahmudovun sonuncu klubu "Boavişta” (Portuqaliya) olub. O, Azərbaycan milli komandasının üzvüdür.