Belçika klubu baş məşqçisini qovdu

18 Sentyabr 2017 16:54 (UTC+04:00)

Belçikanın "Anderlext" klubu baş məşqçisi Rene Vayleri istefaya göndərib. SİA-nın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Komandanın uğursuz çıxışları rəhbərliyin bu addımı atmasına səbəb olub.

"Anderlext" 7 turdan sonra 16 komanda arasında 9 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, isveçrəli məşqçi 2016-cı ildən "Anderlext"i çalışdırırdı.