Denni Uelbek sıradan çıxıb

18 Sentyabr 2017 15:24 (UTC+04:00)

"Arsenal" ciddi itki ilə üzləşib. SİA-nın məlumatına görə, komandanın hücumçusu Denni Uelbek sıradan çıxıb. O, İngiltərə Premyer Liqasının 5-ci turunda "Çelsi" ilə oyunda zədələnib.

London klubunun baş məşqçisi Arsen Venger yerli mətbuata açıqlamasında Uelbekin durumunun ciddi olduğunu və onun bir neçə həftə meydana çıxa bilməyəcəyini deyib.