Niyam Səlaminin ailəsində toy olacaq

18 Sentyabr 2017 15:19 (UTC+04:00)

Bu gün müğənni Niyam Səlaminin ailəsində xoş gün yaşanır. SİA-nın məlumatına görə, sənətçinin bacısı Leyla xanım ailə həyatı qurur. Şəhər restoranlarından birində baş tutacaq gecəyə şou-biznes nümayəndələri də dəvət olunub.

İfaçını özəl günü ilə bağlı olaraq həmkarları "İnstagram"da təbrik edərək, ünvanına xoş sözlər yazıblar.