Tanınmış aktyoru avtomobilində öldürdülər

17 Sentyabr 2017 15:55 (UTC+04:00)

“Macros” serialının yeni mövsümü üçün Meksikada çəkiliş üçün məkanlar araşdıran aktyor-prodüser Karlos Muoz Portal qətlə yetirilib.

37 yaşlı aktyor Meksikanın ən təhlükəli bölgələrindən olan Temaskalapa qəsəbəsində avtomobilində güllənərək öldürülmüş halda aşkarlanıb.

Hadisənin şahidləri olmadığına görə, araşdırmalarda çətinlik yaranıb. Onun çəkiliş üçün həmin qəsəbəyə getdiyi söylənilir.