"İraq ordusu Akaşat bölgəsini İŞİD-dən azad edib"

17 Sentyabr 2017 01:02 (UTC+04:00)

"İraq ordusu dünən Anbar vilayətinin qərbindəki Akaşat bölgəsini İŞİD qruplaşmasından azad edib." Bu haqda məlumatı İraq Jurnalistlər Birliyinin üzvü Əhməd Əlhüseyn Axar.az-a verib.

Onun sözlərinə görə, Birgə Əməliyyat Komandanlığının Akaşatı terror qruplaşmasından azad etmək üçün başlatdığı genişmiqyaslı əməliyyat şənbə günü uğurla başa çatıb.