Bakıda daha bir Ukrayna mağazası açılacaq

16 Sentyabr 2017 22:01 (UTC+04:00)

Azərbaycanda Ukrayna məhsullarının satıldığı mağaza fəaliyyət göstərir və növbəti mağazanın açılması planlaşdırılır. Bu barədə Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko bildirib.

"Eyni zamanda, Azərbaycanda Ukrayna Ticarət Evinin açılması da nəzərdə tutulur ki, bunlar da ölkələrimiz arasında ticarət əməkdaşlığının inkişafına xidmət edir", - deyə səfir qeyd edib.