Ukraynada Azərbaycanın Ticarət Evi açılacaq

16 Sentyabr 2017 20:10 (UTC+04:00)

Bu ilin sonunadək Ukraynada Azərbaycanın Ticarət Evinin açılması planlaşdırılır. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir qeyd edib ki, Ukraynada Azərbaycan Ticarət Evinin açılması qeyri-neft məhsullarının bu ölkəyə ixracının artmasında əhəmiyyətli rol oynayacaq.