Rusiyada pansionat yanıb ölən və xəsarət alanlar var

16 Sentyabr 2017 12:51 (UTC+04:00)

Rusiyada yaşlılar və əlillər üçün nəzərdə tutulmuş pansionatda yanğın baş verib. SİA-nın verdiyi xəbərə görə, yanğın pansionatın üçüncü mərtəbəsində yerləşən istirahət otağındakı televizor və mebelin yanması ilə başlayıb.

İvanovsk vilayətində baş vermiş hadisə nəticəsində 7 nəfər xəsarət alıb, 2 nəfər ölüb. 112 nəfər təxliyə edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.