Ərdoğan ABŞ-a mühafizəçilərsiz gedir SƏBƏB

16 Sentyabr 2017 11:54 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 17-də ABŞ-a səfər edəcək. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, səfər zamanı Ərdoğanın bəzi mühafizəçiləri Türkiyə prezidentini qoruya bilməyəcək.

Buna səbəb Ərdoğanın Vaşinqtona səfəri zamanı yaşanan olaylardan sonra ABŞ məhkəməsinin verdiyi qərardır. Həmin səfər zamanı Ərdoğanın mühafizəçiləri ilə PKK terror təşkilatının tərəfdarları arasında insident yaşanmışdı. ABŞ məhkəməsi isə həmin insidentdə iştirak edən Türkiyə prezidentinin mühafizəçiləri haqqında həbs qərarı çıxarmışdı.