Ərdoğanla Tramp gələn həftə görüşəcək

16 Sentyabr 2017 03:19 (UTC+04:00)

ABŞ Prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan sentyabrın 21-də görüşəcək. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik müşaviri H.R.Makmaster məlumat verib.

Qeyd edək ki, dünən Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın liderlərin BMT sammitində təkbətək görüş keçirəcəyini demişdi.