İsmayıllıda yanğın başlayıb

14 Sentyabr 2017 16:10 (UTC+04:00)

Bu gün saat 14:30 radələrində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Basqal meşəbəyliyinin Zərgəran kəndi yaxınlığındakı yüksək dağlıq ərazidə yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanğının söndürülməsi üçün dərhal əraziyə ETSN və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının nümayəndələri cəlb olunub.

Yanğının digər ərazilərə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində operativ tədbirlər görülür.