UEFA reytinqi açıqlanıb

14 Sentyabr 2017 10:12 (UTC+04:00)

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb. SİA-nın məlumatına görə, ikinci gündə keçirilən 8 matçdan sonra ölkəmizin mövqeyi dəyişməyib. 18.625 xala malik Azərbaycan 22-ci pillədə qalıb.

Qeyd edək ki, siyahıda Azərbaycandan 1 pillə qabaqda olan Rumıniyanın 18.650 xalı var.