Stevan Yovetiç: "Monako"ya heç kimi əvəzləmək üçün gəlməmişəm" AÇIQLAMA

14 Sentyabr 2017 09:42 (UTC+04:00)

"Monako"nun hücumçusu Stevan Yovetiç yeni komandası barədə danışıb. SİA-nın məlumatına görə, çernoqoriyalı forvard bunları deyib: "Üzərimdə təzyiq hiss etmirəm. Sadəcə oyundan həzz almaq, sevinmək istəyirəm. Bu kluba heç kimi, o cümlədən Mbappeni əvəzləmək üçün gəlməmişəm. Özümü yaxşı tərəfən göstərib komandama kömək etmək istəyirəm. Məqsədim qollar vurmaqdır.

Ötən yay "İnter"də idim, nə olacağını düşünürdüm. Rəfiqəmlə danışdım. "Monako"dan mənə niyə zəng gəlmir?" - dedim. Səhəri gün agentim zəng edib "moneqasklar"ən mənlə maraqlandığını dedi. Bu təklifə şad oldum və uzun zaman düşünmədim".