“Barama” filminin çəkilişləri davam edir

14 Sentyabr 2017 09:13 (UTC+04:00)

“Barama” filminin çəkilişləri davam edir. Kriminal və dram janrında çəkilən yeni filmdə iki ailə arasında olan ədavət və bu ədavətin iki gəncin məhəbbətinə necə mane olması öz əksini tapıb. SİA-nın məlumatına görə, filmin ssenari müəllifi və baş prodüseri Aqşin Fateh, rejissoru Vüsal Hacı Qədiroğludur.

Filmdə Xalq artistləri Nurəddin Mehdixanlı, Həmidə Ömərova ilə yanaşı, gənc aktyorları da rol alıb. Film serial tiplidir.

Filmin 8 seriyası artıq çəkilib, montaj prosesindədir.