Kasilyas “Beşiktaş”a qarşı oynadı, Giqqzin rekordunu təkrarladı

14 Sentyabr 2017 06:05 (UTC+04:00)

“Portu”nun qapıçısı İker Kasilyas Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Beşiktaş”a qarşı keçirilən oyunda meydana start heyətində çıxıb. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, ispan qolkiper artıq 19-cu mövsümdür ki, ÇL-də çıxış edir. Bununla da o, Rayan Giqqzin göstəricisini təkrarlayıb.

Kasilyas 1999/2000 mövsümündən qitənin ən mötəbər klub turnirində fasiləsiz çıxış edir ki, bu, turnirin mütləq rekordudur. Bundan başqa, Kasilyas ÇL-in qrup mərhələsində 165 (təsnifat mərhələsi də nəzərə alınmaqla 174) oyun keçirib və bu da rekord göstəricisidir.