ABŞ-da silahlı insident: 1 nəfər ölüb, 4 nəfər yaralanıb

14 Sentyabr 2017 04:03 (UTC+04:00)

Dünən ABŞ-ın Spokan şəhərində (Vaşinqton ştatı) məktəbdə silahlı insident baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində bir nəfər ölüb, 4 nəfər yaralanıb.

Atəş açan şəxsin polis tərəfindən saxlanıldığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İnsidentin digər təfərrüatları barədə hələlik məlumat verilmir