Türkiyədə terrorçu-kamikadze həbs olunub

14 Sentyabr 2017 03:04 (UTC+04:00)

Türkiyənin Şanlıurfa bölgəsində terrorçu-kamikadze həbs olunub. AZƏRTAC Türkiyə rəsmi mənbələrinə istinadla xəbər verir ki, yaxalanan terrorçu-kamikadze Suriyada xüsusi təlimlər keçib. Onun İŞİD terrorçu qruplaşmasına mənsub olduğu bildirilir.