ABŞ Türkiyənin düşməninə zirehli "Xammer" göndərib

13 Sentyabr 2017 23:15 (UTC+04:00)

ABŞ Deyr əz-Zor əməliyyatı çərçivəsində YPG də daxil olmaqla, Demokratik Suriya Qüvvələrinə (DSQ) 90 TIR-da zirehli "Xammer" avtomobili göndərib. Axar.az xəbər verir ki, ABŞ YPG və DSQ-ya əlavə olaraq, ağır silahlar göndərilib. DSQ rəsmisi açıqlamasında bildirib ki, ABŞ əməliyyat üçün daha çox silah göndərəcək.

Qeyd edək ki, Türkiyə hökuməti ABŞ-ın YPG-yə silah göndərməsinə kəskin etirazını bildirir və bunu özünə təhqir hesab edir.