Karlos Tevesə ŞOK: Heyətdən qovulub

13 Sentyabr 2017 22:19 (UTC+04:00)

Çinin “Şanxay Şenxua” klubunun futbolçusu Karlos Teves heyətdən çıxarılıb. Bu qərarı komandanın yeni baş məşqçi Vu Tsinsu verib. Teveslə yanaşı, yarımmüdafiəçi Freddi Quarin də heyətdən kənarlaşdırılıb. Baş məşqçi onların artıq çəkiləri olduğu üçün belə qərar qəbul etdiyini bildirib: "Mən futbolçular və nəticələrə görə bütün məsuliyyəti öz üzərimə götürürəm. Siz komanda naminə hər şeyi edə bilmirsizsə, onda heyətdən kənarda qalacaqsız" - deyə o qeyd edib.

Teves bu mövsüm 12 oyunda meydana çıxıb və 2 qol vurub. Quarin isə 12 oyunda 6 dəfə fərqlənib.