"Real" Marselo ilə müqaviləni yeniləyib

13 Sentyabr 2017 21:32 (UTC+04:00)

Madridin "Real" klubu futbolçusu Marselo ilə müqaviləni yeniləyib. Klubun rəsmi saytında yer alan xəbərə görə, braziliyalı müdafiəçinin yeni müqavilə müddəti 2022-ci ilin iyun ayına qədərdir. Sözləşmənin şərtləri haqda məlumat verilməyib. Qeyd edək ki, 29 yaşlı futbolçu 2007-ci ildən "Real"da çıxış edir.