Prezident Azərbaycanın İsveçrədə yeni səfirini təyin edib

13 Sentyabr 2017 20:14 (UTC+04:00)

Prezident İlham Əliyev sentyabrın 13-də Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında yeni fövqəladə və səlahiyyətli səfirinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev Xanım İbrahimovanı Azərbaycanın İsveçrədəki səfiri təyin edib.