Yüzdən çox qaçqın sərhəddi keçərkən həlak olub

13 Sentyabr 2017 19:01 (UTC+04:00)

Myanmanın Rohingiya ştatından olan azı 102 qaçqın Banqladeşə keçməyə cəhd edərkən Naf çayda boğularaq həyatını itirib. Bu barədə “bdnews24” xəbər portalı məlumat yayıb. RİA Novosti agentliyi xəbər verir ki, Naf çayı Banqladeşlə Myanma sərhədinin bir hissəsini təşkil edir. Rohingiya qaçqınları çayı yararsız, həddən artıq yüklənən qayıqlarda keçməyə cəhd edirlər ki, bu da tez-tez faciə ilə nəticələnir.

Banqladeş sərhəd polisinin nümayəndəsi Koks Maynuddin Xan avqust ayından indiyədək Naf çayından hər gün insan cəsədlərinin tapıldığını bildirib.