Prezident Azərbaycanın İsveçrədə yeni səfirini təyin edib

13 Sentyabr 2017 18:54 (UTC+04:00)

Prezident İlham Əliyev sentyabrın 13-də Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında yeni fövqəladə və səlahiyyətli səfirinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Dövlətimizin başçısı İlham Əliyev Xanım İbrahimovanı Azərbaycanın İsveçrədəki səfiri təyin edib.