“Neft Daşları”nda estakada əsaslı təmir edilib

13 Sentyabr 2017 15:50 (UTC+04:00)

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft daşları” yatağındakı 1637 və 1956 saylı meydançalararası estakadanın əsaslı təmir işlərini başa çatdırıb.

1050 metr uzunluğundakı estakadada əsaslı təmir işləri zamanı 364 ədəd svay vurulub, 133 ədəd rigel proqon, 120 ədəd ferma, 613 ədəd dəmir-beton tava və 433 ədəd suüstü əlaqə quraşdırılıbdır. Obyektdə 1200 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilib, 4020 kvadrat metr sahəyə asfalt örtüyü döşənibdir.

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilibdir. Yaxın günlərdə obyektin istismara qəbul ediləcəyi nəzərdə tutulur.