AMEA Botanika İnstitutu BBC ilə əməkdaşlıq edəcək

13 Sentyabr 2017 14:10 (UTC+04:00)

AMEA Bitanika İnstitutunda ABŞ-ın aparıcı botanika bağlarının təmsil olunduğu Botanika Bağları Cəmiyyətinin (BBC) nümayəndələri ilə görüş keçirilib. İnstitutdan SİA-ya verilən xəbərə görə, BBC-nin aparıcı kuratorları - Peter Zale (Longwood Bağları), Vincent Marrocco (Morris Arboretum), Phil Douglas (Çikaqo Botanika Bağı), Matt Lobdell (Morris Arboretum Bağı) və Henrik Sjomanın (Gothenburg Botanika Bağları) iştirak etdikləri görüşdə iki qurum arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Azərbaycanın yabanı florasının öyrənilməsi istiqamətində aparılan tədqiqatlar, həmçinin əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qeyd edək ki, BBC ilə əməkdaşlıq haqqında memorandumu cari il avqust ayının 8-də bu qurumun kordinatoru, Dr. Andrey Bunting və Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə imzalayıblar. Memorandum botanika elminin gələcək inkişafı üçün geniş imkanlar açacaq.