“Dövlət büdcəsi haqqında” qanuna dəyişiklik ediləcək

13 Sentyabr 2017 13:28 (UTC+04:00)

“Dövlət büdcəsi haqqında” və “Dövlət büdcəsinin icrası haqqında” qanunlara dəyişikliklər ediləcək. Milli Məclisdən mətbuata verilən məlumatına görə, qanunlara ediləcək dəyişikliklərdə aşağıdakı məsələlər öz əksini tapacaq.

1. Dövlət resurslarının şəffaf idarə edilməsi və büdcə vəsaitinin effektiv bölüşdürülməsi prosesinin təmin olunması, bu məqsədlə yeni elektron mexanizmlərin tətbiqi;
2. Büdcə vəsaitinin alınmasına və xərclənməsinə dair məlumatın dərc edilməsi;
3. İllik hesabatların yoxlayıcı qurumların nümayəndələri, vətəndaş cəmiyyəti, o cümlədən beynəlxalq və müstəqil yerli ekspertlərin iştirakı ilə müzakirəsi;
4. Yerli və beynəlxalq mütəxəssislər tərəfindən audit yoxlamalarının keçirilməsi;

Qanunlara ediləcək dəyişikliklər Milli Məclisin payız sessiyasında müzakirə ediləcək.