Beyləqanda yük maşını aşıb

13 Sentyabr 2017 13:13 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bəhrəmtəpə-Horadiz yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində "MAZ" markalı yük avtomobili yol qəzası nəticəsində yol kənarına aşıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar. O, aidiyyəti üzrə təhvil verilib.