Azərbaycan ÜTT-yə üzv seçilib

13 Sentyabr 2017 12:52 (UTC+04:00)

Azərbaycan Ümumdünya Turizm Təşkilatının (UNWTO) İcraiyyə Şurasının üzvü seçilib. SİA xəbər verir ki, Azərbaycan ali rəhbər orqanda 2017-2021-ci illər ərzində təmsil olunacaq.

Seçkilər Çinin Çendu şəhərində keçirilən UNWTO-nun Baş Assambleyasının XXII sessiyası çərçivəsində keçirilib.

Azərbaycanla yanaşı Şuraya Rusiya, Litva, Rumıniya və Yunanıstan da daxil olub.

UNWTO BMT tərəfindən təsis olunan və 156 ölkəni özündə birləşdirən ixtisaslaşmış təşkilatdır.