Ərdoğan Azərbaycana nə vaxt gələcək?

13 Sentyabr 2017 12:40 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərinin tarixi hələlik dəqiqləşməyib. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, səfərin tarixi dəqiqləşdikdən sonra açıqlanacaq.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Türkiyə prezidentinin Azərbaycana səfəri sentyabrın 10-11-nə nəzərdə tutulsa da, sonradan təxirə salınmışdı.