Lalə Məmmədovanın yeni klipi VİDEO

13 Sentyabr 2017 09:46 (UTC+04:00)

Əməkdar artist Lalə Məmmədova “Bura yurdun cənubudur” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. SİA-nın məlumatına görə, bəstənin musiqisi Novruz Aslan, sözləri Vahid Əzizə məxsusdur. Mahnının aranjimanını Givi Usenaşvili edib.

Mahnının ekran həlli rejissor Nail Naiboğluna həvalə edilib. Klipin çəkilişləri Astarada baş tutub.