Samuxda iki qardaş bıçaqlanıb

13 Sentyabr 2017 07:20 (UTC+04:00)

Samuxda bıçaqlanma olub.APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə dünən rayonun Çobanabdallı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakinləri 1990-cı il təvəllüdlü Xəyal və 1989-cu il təvəllüdlü Vüsal Məmmədov qardaşları bıçaqlanaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, qardaşlar toyda həmkəndliləri tərəfindən bıçaqlanıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.