Gəncədə bıçaqlanma olub

13 Sentyabr 2017 05:18 (UTC+04:00)

Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi xəbərə görə, şəhər sakini 1990-cı il təvəllüdlü Əhmədov Fərid İsmayıl oğlu qarnının kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

F.Əhmədovun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.