"İraqın bölünməsinə icazə verməyəcəyik"

13 Sentyabr 2017 04:18 (UTC+04:00)

"İraqın bölünməsinə əsla icazə verməyəcəyik." Axar.az xəbər verir ki, bu sözləri İraq Baş naziri Heydər Abadi Kürdüstanın müstəqillik referendumu ilə bağlı çıxışında deyib.

Baş nazir kürdləri referendumu boykot etməyə çağırıb: “Bu referendum qərarı kürdlərin xeyirinə olmayacaq. Nazirlər Şurası Kürdüstandakı referendum qərarının qanunsuz olduğunu bir daha bildirdi. Kürd liderləri dialoq üçün Bağdada dəvət edirəm”.

Qeyd edək ki, referendum 25 sentyabrda baş tutacaq.