Azərbaycanın elektrik enerjisi ixracı artıb

13 Sentyabr 2017 04:06 (UTC+04:00)

Bu ilin ilk səkkiz ayında Azərbaycandan 812 milyon 338 min kilovat/saat elektrik enerjisi ixrac olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-avqust aylarında elekrtik enerjisi ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə dörd dəfədən çox artıb. Hesabat dövründə ixrac olunan elektrik enerjisinin dəyəri 36 milyon 232 min ABŞ dolları təşkil edib.