Sergey Şoyqu Suriyaya gedib

13 Sentyabr 2017 03:06 (UTC+04:00)

Suriya lideri Bəşər Əsədlə Rusiya Müdafiə naziri Sergey Şoyqu arasında görüş baş tutub. Axar.az xəbər verir ki, tərəflər görüş zamanı Suriyada təhlükəsizliyi və xalqa çatdırılan humanitar yardımları müzakirə ediblər.

Həmçinin ölkədə İŞİD-in məhv edilməsi üçün tərəflər arasında hərbi-texniki sahədə aparılan əməkdaşlıq barədə də fikir mübadiləsi aparılıb.