Hakkaridə partlayış: 5 türk əsgəri yaralanıb

13 Sentyabr 2017 02:19 (UTC+04:00)

Türkiyənin Hakkari vilayətinin Şəmdinli mahalında hərbi avtomobilin keçidi zamanı yola quraşdırılan minanın partlaması nəticəsində 5 təhlükəsizlik əməkdaşı yaralanıb. Axar.az xəbər verir ki, yaralıların Hakkari dövlət xəstəxanasına aparıldığı bildirilib. Bölgədə genişmiqyaslı əməliyyyatların başladığı deyilib.