Çavuşoğlu almanlara cavab verdi: "Türkiyə çarəsiz deyil"

13 Sentyabr 2017 01:06 (UTC+04:00)

"Türkiyə heç bir zaman çarəsiz deyil." Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu alman həmkarı Ziqmar Qabrielin sözlərini şərh edərkən deyib. “Bu kimi yanaşmalar bizim öz müdafiə sənayemizi daha da gücləndirməyimizə səbəb olur. Yerli istehsalatı istənilən sahədə artırırıq. Öz qırıcılarımızı, helikopterlərimizi istehsal edirik”, - nazir bildirib.

Xatırladaq ki, Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel Ankaranın Berlindən silah istədiyini və bir sıra tələblər irəli sürdüyünü bildirmişdi. Kansler Angela Merkel isə Türkiyəyə silah satışının tamamən qadağan edilməsinin doğru olmadığını demişdi.