“Qalatasaray” Səlçuk İnanla yollarını ayıracaq

12 Sentyabr 2017 23:19 (UTC+04:00)

“Qalatasaray” futbolçusu Səlçuk İnanla yollarını ayırmaq qərarına gəlib. Qol.az-ın “Sabah” qəzetinə istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi yarımmüdafiəçini qış transfer pəncərəsində və ya mövsümün sonunda komandadan göndərəcək. Səbəb futbolçunun son dövrlər istənilən oyunu sərgiləyə bilməməsidir.

Qeyd edək ki, Səlcukun "Qalatasaray"la 2 illik müqaviləsi var.