Parisdə etirazçılarla polis arasında qarşıdurma baş verib

12 Sentyabr 2017 21:18 (UTC+04:00)

Fransanın paytaxtı Parisdə etirazçılarla polislər arasında kütləvi qarşıdurma yaşanıb. Axar.az xəbər verir ki, prezident Emmanuel Makronun yeni əmək məcəlləsi ilə bağlı layihəsinə etiraz edən nümayişçilər polisi daşlamağa başlayıblar.

Yaşanan toqquşmalar zamanı gözyaşardıcı qazdan istifadə edildiyi və bəzi etirazçılarınn qara maskalarla iğtişaşlar törətdiyi bildirilib.