Yeni era başlayır: 13 ölkə benzindən imtina etdi

12 Sentyabr 2017 21:06 (UTC+04:00)

İngiltərədən sonra daha 12 ölkə benzin və dizeli qadağan etməyə hazırlaşır. Axar.az xəbər verir ki, bu siyahıya Çin, Hindistan, Fransa, Norveç, Avstriya, Danimarka, İrlandiya, Portuqaliya, İspaniya, Yaponiya, Hollandiya, Cənubi Koreya kimi ölkələr daxildir.

Sözügedən ölkələrin qlobal istiləşmənin qarşısını almaq və havanın təmizlənməsinə nail olmaq üçün belə bir addım atdığı bildirilir. Bu ölkələr benzin və dizellə işləyən vasitələrdən imtina etdikdən sonra elektriklə işləyən avtomobillərdən istifadə etməyi planlaşdırır. Qeyd edək ki, bir müddət əvvəl İngiltərə 2040-cı ildən etibarən benzin və dizellə işləyən vasitələri qadağan edəcəyini açıqlayıb.